İdman

"Qalatasaray" iki ulduzunu yola salır

Metbuat.az

İstanbulun "Qalatasaray" klubu iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.

Yerli mətbuatın yazdığına gorə, sarı-qırmızılı komanda yaxın günlərdə İsmail Jakobs və Eren Elmalını göndərəcək. Hər iki futbolçu üçün Anadolu klublarından ciddi təklif gəldiyi bildirilir.

"Qalatasaray"ın bu iki futbolçunu satıb İkardinin yerinə gənc və sürətli hücumçu almaq istədiyi iddia olunur.