Dünya

Okeanın altında şəhər kimi yollar çəkildi

Metbuat.az

Danimarka Krallığına bağlı muxtar Farer adaları okeanın altından keçən tunellərlə diqqət çəkir.

Metbuat.az xəbər verir ki, təxminən 55 min əhalisi olan arxipelaq bərə nəqliyyatından asılılığı azaltmaq məqsədilə adaları sualtı avtomobil tunelləri ilə birləşdirib. Hazırda Farer adalarında dörd sualtı tunel fəaliyyət göstərir. Bu tunellər sayəsində əhalinin 90 faizdən çoxu fasiləsiz avtomobil yolu şəbəkəsindən istifadə edə bilir. Məlumata görə, 11,2 kilometrlik Eysturoyartunnilin dünyanın ilk sualtı dairəvi yol qovşağına malik olması ilə seçilir. Dəniz səviyyəsindən təxminən 72 metr aşağıda yerləşən bu qovşaq xüsusi işıqlandırması və incəsənət nümunəsi ilə də diqqət çəkir.

Farer adaları hazırda Sandoy və Suðuroy adalarını birləşdirəcək 23 kilometrdən uzun yeni sualtı tunelin inşasını planlaşdırır.