Maraqlı

Niderlandda hamı bu binadan danışır -

FOTO

Metbuat.az

Niderlandın paytaxtı Amsterdamda inşa edilən qeyri-adi yaşayış kompleksi özünəməxsus memarlıq üslubu ilə dünya mediasının və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, 100 mənzildən ibarət kompleksin layihələndirilməsi zamanı memarlar ciddi yer məhdudiyyəti ilə üzləşiblər. Ayrılmış tikinti sahəsinin kiçik olması səbəbindən 13 mənzili binanın əsas konstruksiyasına yerləşdirmək mümkün olmayıb.

Bunun üçün memarlar fərqli həll yoluna əl atıblar. Həmin 13 mənzil konsol konstruksiya vasitəsilə binanın fasadından çölə doğru çıxarılıb. Nəticədə mənzillər sanki havadan asılmış təsiri bağışlayır.

Binanın fasadında yerləşdirilən rəngarəng, qutu formalı mənzillər tikiliyə qeyri-adi görünüş qazandırıb. Orijinal memarlıq nümunəsi kimi qiymətləndirilən kompleksin fotoları qısa müddətdə internetdə sürətlə yayılıb və dünyanın müxtəlif ölkələrində geniş müzakirələrə səbəb olub.