Naxçıvan iqtisadiyyatı böyüyüb
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 835,5 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 2,5 % çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2,2 % artaraq 1 768 manat təşkil edib.
Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur. O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,7 % azalaraq 19 milyard 610,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 1,5 % artaraq 55 milyad 596,5 milyon manata çatıb.