İdman

Maldini və Leonardo istefa verdi

Metbuat.az

Paolo Maldini və Leonardo İtaliya Futbol Federasiyasında vəzifələrindən istefa etdilər.

Metbuat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo vəzifəyə təyin olunduqdan cəmi 16 gün sonra milli komandadan ayrılmaq qərarı veriblər. İddia olunur ki, buna səbəb FIGC prezidenti Covanni Malaqonun Andrea Pirlonun yığmanın baş məşqçisi təyin olunmasına razılıq verməməsi olub. Bildirilir ki, prezident Pirlonun Rusiya bukmeker şirkətləri ilə əlaqələrini əsas gətirərək onun namizədliyini dəstəkləməyib.

Qeyd edik ki, Paolo Maldini və Leonardo İtaliya millisinin baş məşqçisi postunda yalnız Andrea Pirlonu görmək istəyirdilər.