Hadisə
Lənkəranda yaşayış evi yandı
Lənkəran rayonunda fərdi yaşayış evi yanıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Viyən kəndində baş verib.
Yanğın 1977-ci il təvəllüdlü kənd sakini İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yaranıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və 14 nəfər şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.