Leao transferində “Fənərbaxça” və “Qalatasaray” rəqabəti
“Fənərbaxça” Rafael Leao transferi üçün “Milan”la danışıqları davam etdirir.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin bu transferdə əsas rəqibləri “Qalatasaray” və “Roma”dır. “Milan”ın Leao üçün 60 milyon avro transfer haqqı tələb etdiyi bildirilir. Portuqaliyalı futbolçunun illik maaşının isə 5 milyon avrodan çox olduğu qeyd edilir. İddialara görə, “Fənərbaxça” Leao üçün illik 8 milyon avro maaş təklif edib. Bu rəqəmlərdən sonra “Roma”nın transfer yarışından geri çəkildiyi bildirilir.
Lakin “Qalatasaray” 26 yaşlı futbolçunun transferində maraqlı tərəf olaraq qalır. Bildirilir ki, “Qalatasaray” “Milan”a alış şərti ilə icarə təklifi göndərib. “Milan”ın isə Leao ilə yolları birdəfəlik ayırmaq istədiyi vurğulanır. “Fənərbaxça” futbolçunu birbaşa transfer etmək niyyətindədir və 5 40 milyon avroya razılaşma əldə etməyə çalışır.