Dünya

Latviya Rusiyaya etiraz notası təqdim etdi

Metbuat.az

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki müvəqqəti işlər vəkilini nazirliyə dəvət edib.

Metbuat.az xəbər verir ki, nazirliyin yaydığı bəyanata əsasən, buna səbəb Rusiyanın Ukraynanın Slavyansk şəhərinə endirdiyi raket zərbəsi zamanı Latviyanın fəxri konsulluğunun binasına ziyan dəyməsi olub. Bildirilib ki, hadisə zamanı Latviyanın Slavyanskdakı fəxri konsulu Aleksandr Pavenko xəsarət almayıb. Lakin konsulluğun iki əməkdaşı yaralanıb.

Məlumatda qeyd olunub ki, görüş zamanı Rusiya diplomatına baş verən hadisə ilə bağlı etiraz notası təqdim edilib.