İdman
Kriştiano Ronaldodan “Qalatasaray”a badalaq
Portuqaliyalı ulduz Bruno Fernandesi transfer etmək istəyən İstanbulun “Qalatasaray” klubu ciddi maneə ilə üzləşib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, “Liverpul”la müqaviləsi başa çatan 32 yaşlı futbolçu sarı-qırmızılı komandada oynamağa əvvəl razılıq versə də, sonra fikrini dəyişib. Yerli mətbuatın yazdığına görə portuqaliyalı hücumçunu fikrindən həmyerlisi Kristian Ronaldo daşındırıb.
Türkiyə mətbuatı hadisənin detallarını açıqlayıb. Məlum olub ki, Ronaldo Fernandesi karyerasını “Əl-Nəsr”də davam etdirməyə razı salıb. Səudiyyə Ərəbistanı klubuna keçməyin müqabilində portuqaliyalı hücumçuya “Qalatasaray”ın təklif etdiyindən iki dəfə çox maaş vəd edilib.