İdman

Kazemironun yeni klubu bilindi

Metbuat.az

"Mançester Yunayted"dən ayrılan braziliyalı yarımmüdafiəçi Kazemiro karyerasını MLS-də davam etdirəcək.

Metbuat.az xəbər verir ki, 34 yaşlı futbolçu azad agent kimi "İnter Mayami" ilə müqavilə imzalayıb. Klubun açıqlamasına görə, müqavilə 2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub və 2029-cu ilin iyununa qədər uzadıla bilər.

Qeyd edək ki, karyerasının ən parlaq dövrünü "Real Madrid"də keçirən braziliyalı futbolçu burada 18 kubok, o cümlədən 5 UEFA Çempionlar Liqası tituluna sahib olub. O, 2022-ci ildə "Mançester Yunayted"ə transfer olunmuşdu. Kazemiro İngiltərə klubunun heyətində 160 oyunda 26 qol vurub, 14 məhsuldar ötürmə edib. O, "Mançester Yunayted"lə Liqa Kubokunu və FA Kubokunu qazanıb.