Hadisə
İtkin düşən azyaşlı bacı-qardaş tapıldı -
YENİLƏNİB
Bakıda ötən gün itkin düşən bacı-qardaş polis əməkdaşları tərəfindən tapılıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, itkin düşmə kimi axtarışa elan edilən iki azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
10:34
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Xətai rayonu, Zığ şosesi, 22 ünvanında yaşayan azyaşlılar – 2015-ci il təvəllüdlü Abbasov İbrahim Məhəmməd oğlu və 2018-ci il təvəllüdlü Abbasova Sədaqət Məhəmməd qızının həmin gün evdən çıxıb geri qayıtmayıblar.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.