Sağlamlıq

İsti havalarda necə qidalanmalı?

Metbuat.az

Yay aylarında havanın temperaturunun yüksəlməsi qidalanma vərdişlərinə də təsir göstərir.

Metbuat.az xəbər verir ki, mütəxəssislər isti havalarda orqanizmin su balansının qorunmasının və yüngül qidalara üstünlük verilməsinin vacib olduğunu bildirirlər. Belə ki, isti günlərdə ağır ət yeməkləri əvəzinə paxlalılar, süd məhsulları, yumurta, yoqurt, meyvə və tərəvəzlərdən istifadə etmək daha məqsədəuyğundur.

Bundan başqa, mütəxəssislər yalnız su içməyi deyil, tərkibində yüksək su olan qarpız, xiyar, pomidor, kahı, çiyələk və digər meyvə-tərəvəzləri də qida rasionuna daxil etməyi tövsiyə edirlər.

Həmçinin bildirilib ki, ilıq çay və digər isti içkilər də orqanizmin soyumasına kömək edə bilər. Bununla yanaşı, həddindən artıq qəhvə və spirtli içki qəbulu susuzlaşma riskini artırdığı üçün məhdudlaşdırılmalıdır.