Dünya

İraqda zərbələr zamanı azı 5 iranlı hərbi müşavir öldü -

"The National"

Metbuat.az

ABŞ və Səudiyyə Ərəbistanının İraqda "Xalq Səfərbərlik Qüvvələri"nin (Haşdi Şabi) obyektlərinə endirdiyi zərbələr nəticəsində azı 5 iranlı hərbi müşavir həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə "The National" nəşri İraqın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, həyatını itirən iranlı hərbçilər "Xalq Səfərbərlik Qüvvələri" ilə birlikdə fəaliyyət göstəriblər.

Məlumata görə, bundan əvvəl Bağdadda həlak olan "Xalq Səfərbərlik Qüvvələri" üzvlərinin xatirəsinə matəm mərasimi keçirilib. Mərasim zamanı beş tabut İran bayraqlarına bükülərək son mənzilə yola salınıb.

Qeyd edək ki, məlumat hələlik İraq, ABŞ və ya İran rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.