Dünya

Hitlerin doğulduğu bina ilə bağlı qərar verildi

Metbuat.az

Avstriyada Adolf Hitlerin doğulduğu bina əsaslı təmirdən sonra polis bölməsi kimi fəaliyyətə başlayıb.

Metbuat.az xəbər verir ki, Braunau am Inn qəsəbəsində yerləşən binanın neonasistlər üçün ziyarət məkanına çevrilməsinin qarşısını almaq məqsədilə belə addım atılıb. Məlumata görə, 1889-cu il aprelin 20-də Adolf Hitler bu binada yerləşən kirayə mənzildə dünyaya gəlib. Təxminən 20 milyon avroya başa gələn layihədən sonra bina narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə ixtisaslaşmış polis bölməsinə təhvil verilib. Təmir zamanı söküntüdən qalan materiallar suvenir kimi istifadə edilməməsi üçün gizli yerdə məhv edilib.

Qeyd edək ki, bina son illərdə əlillər üçün qayğı mərkəzi kimi istifadə olunurdu. 2011-ci ildə Mauthauzen həbs düşərgəsindən gətirilərək binanın önünə qoyulan xatirə daşı isə yerində saxlanılıb.