Hadisə
Göygöldə ağır qəza:
4 nəfər xəsarət aldı
Göygöldə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21015" və "Hundai" markalı avtomobillər bir-biri ilə toqquşub. İlkin verilən məlumata görə, qəza zamanı 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun qızı 2004-cü il təvəllüdlü Xədicə Hüseynova və "VAZ 21015" markalı avtomobilin sürücüsü Əli Əsgərov və 2004-cü il təvəllüdlü Eltac Ağacanov xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.