Region
Göyçayda dağıdılmış yol bərpa edildi -
VİDEO
Göyçay şəhərində dağıdılmış yolun bərpası həyata keçirilib.
Bir neçə gün öncə Metbuat.az-ın qaynar xəttinə Göyçay şəhərindən olan bir qrup sakinin şikayəti daxil olmuşdu. Şikayətdə "AzərSu" ASC tərəfindən təmir üçün qazılan yolun yenidən asfalt örtüyü ilə təmin olunmaması sakinləri narahat edirdi. Metbuat.az-ın bölgə müxbiri şikayət olunan əraziyə gedərək oradan reportaj hazırladı.
Qısa müddət ərzində problem aradan qaldırılıb və dağıdılmış yol yeni asfalt örtüyü ilə təmin olunub.