İdman

"Fənərbaxça"dan Leao üçün milyonluq təklif

Metbuat.az

"Fənərbaxça" "Milan"ın portuqaliyalı ulduzu Rafael Leaonun transferini reallaşdırmaq üçün danışıqları sürətləndirib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi şəxsi təyyarə ilə Milana gedərək transferin şərtlərini müzakirə edəcək. Bildirilir ki, həm "Qalatasaray", həm də "Fənərbaxça" 27 yaşlı vingerlə maraqlansa da, hazırda "sarı-lacivərtlilər" bu yarışda daha üstün mövqedədir.

Məlumata əsasən, "Milan" Rafael Leao üçün təxminən 40 milyon avro tələb edir. "Fənərbaxça"nın futbolçuya illik 8-10 milyon avro civarında maaş və bonusları əhatə edən təklif hazırladığı, bunun isə portuqaliyalı oyunçunu razı sala biləcəyi vurğulanır.