Siyasət

“Fənərbağça” yeni transferini açıqladı

Metbuat.az

“Fənərbağça” basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi ABŞ-li mərkəz oyunçusu Markus Binqem Jr. ilə 2 illik müqavilə imzalayıb.

26 yaşlı, 2,13 metr boyunda olan basketbolçu son olaraq Rusiyanın UNICS Kazan klubunda çıxış edib. O, ötən mövsüm VTB Liqasında keçirdiyi 54 oyunda orta hesabla 15,6 xal, 7,1 ribaund, 1 asist və 1,4 topalma göstəricisi ilə yadda qalıb.

Klub yeni transferə 2026-2027-ci il mövsümündə uğurlar arzulayıb.