Dünya
Dünyanın bir çox ölkəsində bu silahdan yoxdur -
Putin
Dünyanın bir çox ölkəsində "Zirkon" kimi silahlar yoxdur.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya onu təkmilləşdirir və təkmilləşdirməyə davam edəcək.
Qeyd edək ki, "Zirkon" (3M22 "Tsirkon") — Rusiyanın hazırladığı, 9 Max-a qədər sürət yığan, 1000 kilometrə qədər məsafəni qət edən və nüvə başlığı daşıya bilən qabaqcıl sursat növüdür.