Dünya çempionatında tarix yazan qapıçı bu klubu seçdi
2026-cı il dünya çempionatında çıxışı ilə diqqət çəkən Kabo Verde millisinin qapıçısı Vozinha karyerasını Çilidə davam etdirəcək.
Metbuat.az xəbər verir ki, 40 yaşlı qolkiper "Colo Colo" ilə müqavilə imzalayıb. Dünya çempionatında İspaniyaya qarşı keçirdiyi uğurlu oyun və etdiyi seyvlərlə tanınan Vozinha turnirin ən çox danışılan futbolçularından birinə çevrilmişdi. Bundan sonra sosial şəbəkələrdə izləyici sayı sürətlə artan təcrübəli qapıçı yalnız futbola fokuslana biləcəyi komandaya keçmək istədiyini açıqlamışdı. "Colo Colo" transferi rəsmi sosial media hesabı vasitəsilə elan edərək, "Sizi Monumental stadionunda gözləyirik" paylaşımını edib. Qeyd edək ki, klubun Vozinhanın transferi ilə bağlı paylaşımı qısa müddətdə 1 milyondan çox bəyənmə toplayıb.