Şou

Danla Biliç təcili əməliyyat olundu

Metbuat.az

Türkiyəli fenomen və influenser Danla Biliç növbəti dəfə əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Biliç illər əvvəl keçirdiyi omba estetik əməliyyatından sonra yaranan infeksiya səbəbindən təcili cərrahi müdaxiləyə məruz qalıb.

Sosial şəbəkələrdə influenserin vəziyyətinin kritik olduğu barədə iddialar yayılsa da, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, Danla Biliç daha əvvəl də keçirdiyi estetik əməliyyatların fəsadları barədə açıqlamalar vermişdi. O bildirmişdi ki, sürətli arıqladıqdan sonra omba nahiyəsinə vurulan dolğu zamanla bədəninə yayılıb və bu səbəbdən bir neçə dəfə əməliyyat keçirməli olub.

Xatırladaq ki, influenser ötən il də eyni problemlə əlaqədar beşinci əməliyyatını keçirmişdi. Hazırda onun müalicəsinin davam etdiyi bildirilir.