Danışıqlara açığıq -
Kremldən Ukraynaya mesaj
Rusiya Ukrayna böhranının həlli ilə bağlı danışıqlara açıqıdr.
Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə sülh danışıqlarına hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Kiyev Avropa ölkələri tərəfindən müharibəni davam etdirməyə təşviq olunur və bu səbəbdən Rusiya hərbi fəaliyyətini davam etdirir. Peskov Filippinin paytaxtı Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşü də müsbət qiymətləndirib. O bildirib ki, bu təmas dialoq baxımından əhəmiyyətli olsa da, hələlik diplomatik prosesdə yeni dinamika və ya irəliləyiş müşahidə olunmur.
Kreml sözçüsü əlavə edib ki, Moskva ABŞ ilə mövcud kanallar vasitəsilə əlaqələri davam etdirir.