Maraqlı

Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur

Metbuat.az

Harvard Universiteti və Avstraliyanın Kvinslend Universitetinin alimlərinin apardığı araşdırmaya görə, payızın sonu və qış aylarında (oktyabr, noyabr, dekabr) doğulan uşaqlar 7 yaşında keçirilən idrak testlərində yay aylarında doğulan həmyaşıdlarından cüzi üstün nəticələr göstəriblər.

Metbuat.az xəbər verir ki, təxminən 21 min uşağın iştirak etdiyi tədqiqatda alimlər bunun doğum ayından deyil, "nisbi yaş effekti" ilə əlaqəli olduğunu bildiriblər. Belə ki, ilin son aylarında doğulan uşaqlar eyni sinifdəki bəzi həmyaşıdlarından 6–8 ay böyük olduqları üçün erkən yaşlarda dil, diqqət və öyrənmə bacarıqlarında müəyyən üstünlük əldə edə bilirlər.

Araşdırma müəllifləri vurğulayırlar ki, uşağın zəka və idrak inkişafında ailə mühiti, təhsil, qidalanma və genetik amillər doğum ayından daha mühüm rol oynayır.