Hadisə

Bu rayonda əməliyyat keçirildi -

Saxlanılan var

Metbuat.az

Saatlıda 9 kiloqram narkotik vasitə aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 37 yaşlı Miriş Miriyev saxlanılıb. Ondan 9 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.