Dünya

Bu ölkədə təyyarə qəzası oldu, ölən var

Metbuat.az

Almaniyanın Aşağı Saksoniya əyalətinin Qanderkese şəhərində kiçik təyyarə qəzaya uğrayıb.

Metbuat.az Almaniya mediasına istinadla xəbər verir ki, təyyarə qəzaya uğradıqdan sonra yaşayış binasının damına çırpılıb. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilib. Qəza vaxtı evin sakinləri binada olmadığından ölən şəxsin pilot olub-olmadığı araşdırılır. Təyyarənin göyərtəsində başqa bir şəxsin olduğu ehtimal edilir.

Hadisə ilə əlaqədar axtarış-xilasetmə tədbirləri davam etdirilir.