Mədəniyyət

Bu muzeyə giriş qiymətləri ucuzlaşdı

Metbuat.az

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məlumat yayıb.

Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir.

"Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.

Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin", - məlumatda vurğulanıb.