Maraqlı

Bu bürclər üçün uğurlu dövr başlayır

Metbuat.az

Astroloqların proqnozlarına əsasən, iyulun son günləri bəzi bürclər üçün uğurlu dəyişikliklər və yeni imkanlar vəd edir.

Metbuat.az həmin bürcləri təqdim edir:

Şir

Günəşin Şir bürcünə keçməsi bu bürcün nümayəndələri üçün yeni mərhələnin başlanğıcı hesab olunur. Astroloqlar yaxın günlərdə karyera, şəxsi layihələr və liderlik sahəsində mühüm uğurların mümkün olduğunu bildirirlər. Diqqət mərkəzində olmaq və yeni təşəbbüslərə başlamaq üçün əlverişli dövr sayılır.

Dolça

Şimali Ay Düyününün Dolça bürcünə keçməsi uzunmüddətli müsbət dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir. Növbəti 18 ay ərzində sosial əlaqələr, komanda işləri və beynəlxalq imkanlar ön plana çıxa bilər. Astroloqlar bu dövrün şəxsi inkişaf və yeni uğurlar üçün əhəmiyyətli olacağını qeyd edirlər.

Xərçəng

Merkurinin geriləmə mərhələsinin başa çatması Xərçəng bürcü üçün qeyri-müəyyənliklərin azalacağına işarə edir. Ev, ailə və maliyyə ilə bağlı məsələlərdə irəliləyiş əldə etmək daha asan olacaq. Yeni müqavilələr bağlamaq və gələcəklə bağlı qərarlar vermək üçün münasib vaxt hesab olunur.