Maraqlı

Bu 3 bürc üçün şans qapıları açılır

Metbuat.az

Astroloqların proqnozlarına görə, yaxın günlər bəzi bürclər üçün uğurlu dəyişikliklərlə yadda qala bilər.

Metbuat.az həmin bürcləri təqdim edir:

Qoç bürcü üçün son dövrdə yığılan gərginliyin azalacağı proqnozlaşdırılır. İş həyatında yeni imkanların yaranacağı, uzun müddətdir təxirə salınan layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin formalaşacağı qeyd edilir. Bu dövrdə tələsik qərarlardan çəkinmək, eyni zamanda qarşıya çıxan fürsətləri düzgün dəyərləndirmək tövsiyə olunur.

Tərəzi bürcündə olanlar üçün münasibətlər sahəsində daha sabit və harmonik mərhələnin başlayacağı bildirilir. Son vaxtlar yaşanan anlaşılmazlıqların geridə qalacağı, subay Tərəzilərin isə yeni tanışlıqlarla qarşılaşa biləcəyi vurğulanır. Astrologlar keçmiş inciklikləri geridə qoymağı və qərar verərkən daxili hisslərə güvənməyi məsləhət görürlər.

Buğa bürcü üçün isə əsas diqqət sağlamlıq və həyat tərzinə yönəlir. Uzun müddətdir hiss edilən yorğunluğun azalacağı, idmana başlamaq, qidalanmanı tənzimləmək və açıq havada daha çox vaxt keçirməyin faydalı olacağı qeyd edilir. Eyni zamanda, maliyyə məsələlərində daha ehtiyatlı davranmaq tövsiyə olunur.