İdman

“Bizi ağır oyun gözləyir” -

“Dinamo Minsk”in baş məşqçisi

Metbuat.az

“Mənim hədəfim qələbə qazanmaq idi”.

Metbuat.az-ın məlumatına görə, bunu “Dinamo Minsk” klubunun baş məşqçisi Aleksandr Şaqoyko oyundan sonra keçirilən mətbuat konfransında söyləyib.

“Oyunun ilk dəqiqələrində heç iki qol buraxacağımızı da bilməzdik. Qalib olmağa gəlmişdik və xoşbəxtəm ki, dörd qol vura bildik. Hansı səviyyəli komanda ilə oynayacağımızı başa düşürük, bizi ağır oyun gözləyir. Çox ciddi olaraq hazırlaşacağıq. İstəyimiz odur ki, turu keçək”.

Qeyd edək ki, oyun Belarus klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Sevinc İbrahimzadə / Metbuat.az