Hadisə

Biləsuvarda sürücü sükan arxasında öldü

Metbuat.az

Biləsuvar rayonunda sürücü sükan arxasında dünyasını dəyişib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşüb.

İlkin məlumata görə, Ə. Əliyev sükan arxasında ürək tutmasından vəfat edib.

Qeyd edək ki, mərhum rayonda fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom çalışırmış.

Faktla bağlı araşdırma aparılır.