İdman
"Beşiktaş" "Əl-Hilal"ın qolçusunu alır
İstanbulun "Beşiktaş" klubu heyətini daha bir təcrübəli futbolçu ilə gücləndirməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, Türkiyə təmsilçisi "Əl-Hilal"ın qolçusu Darvin Nunezin xidmətində maraqlıdır. 2025-ci ildə 53 milyon avroya "Liverpul"dan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transfer olan uruqvaylı futbolçunun yenidən Avropaya qayıtmaq istədiyi bildirilir.
Xarici KİV 27 yaşlı hücumçunun İstanbuldan gələn təklifə isti yanaşdığını iddia edib. Bu xəbər ağlı-qaralı azarkeşlər tərəfindən sevinclə qarşılanıb.