İdman

“Bavariya”nın əfsanəvi qapıçısı karyerasını bitirir

Metbuat.az

Almaniya futbolunun və “Bavariya” klubunun əfsanəvi qapıçısı Manuel Noyer peşəkar futbolçu karyerasını başa vurmağa hazırlaşdığını açıqlayıb. 40 yaşlı qolkiper Almaniyanın “BILD” nəşrinə müsahibəsində 2026-2027-ci illər mövsümünün sonunda əlcəklərini asacağını bildirib.

Metbuat.az xəbər verir ki, Noyer qərarını belə əsaslandırıb: “Hər matça “bu mənim son oyunumdur” düşüncəsi ilə çıxmıram. Bununla belə, futbol karyeramın sonuna yaxınlaşdığımı yaxşı başa düşürəm. Ötən ilin mayında müqaviləm uzadılarkən təqaüdə çıxmaq ehtimalını 85 faiz qiymətləndirmişdim. Komandadakı müsbət atmosfer və heyətin yüksək səviyyəsi məni daha bir mövsüm oynamağa sövq edən qalan 15 faiz oldu”.

Əfsanəvi qapıçı karyerasını UEFA Çempionlar Liqasının kubokunu qazanaraq başa vurmağı arzuladığını bildirib. O, 2026-2027-ci illər mövsümünün sonunda peşəkar futbolla rəsmən vidalaşacaq.