İdman

Barış Alper Yılmaz universiteti bitirdi

Metbuat.az

"Qalatasaray"ın və Türkiyə millisinin aparıcı futbolçularından Barış Alper Yılmaz bu dəfə idman uğuru ilə deyil, təhsildə qazandığı nailiyyətlə gündəmə gəlib. 26 yaşlı hücumçu ali təhsilini uğurla başa vuraraq universitetdən məzun olub.

Metbuat.az xəbər verir ki, Barış Alper Yılmazla eyni gündə Yelda Yılmaz da universitet təhsilini tamamlayıb. Qardaş-bacı İstanbul Gelişim Universitetindən məzun olublar.

Bacısı Yeldanın məzuniyyət gecəsində çəkdirdiyi və sosial şəbəkə hesabında paylaşdığı fotoya Barış “Beraber yürüdük biz bu yolda” sözləri ilə reaksiya verib.

Yaşıl meydanlardakı uğurlu çıxışı ilə yanaşı, şəxsi həyatı və imici ilə də tez-tez gündəmə gələn “Qalatasaray” futbolçusunun universiteti bitirməsi azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə ona çoxsaylı təbrik mesajları və xoş arzular ünvanlanıb.