Mədəniyyət

Azərbaycanın Xalq artisti vəfat etdi

Metbuat.az

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə dünyasını dəyişib.

Aktyorun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino tarixində özünəməxsus yer tutub. Televiziya rejissoru kimi də uzun illər milli ekran mədəniyyətinin formalaşmasına dəyərli töhfələr verib.

Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə "Xalq artisti" fəxri adına və "Şöhrət" ordeninə layiq görülüb.