İqtisadiyyat
Azərbaycanın Tunisə neft ixracı artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Tunisə 187,6 milyon ABŞ dolları dəyərində 307 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 2,76 dəfə, həcm baxımından isə 2,44 dəfə üstələyir.
Ümumilikdə cari ilin ilk yarısında ölkədən 6,231 milyard dollar dəyərində 10,1 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tunis 8-ci yerdə qərarlaşıb və ixrac həcminin 3,03 faizi bu ölkənin payına düşüb.