İdman
Azərbaycan kanoeçisi gümüş medal qazandı
Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.
Metbuat.az xəbər verir ki, milli komandanın üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb. Tatyana Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.
Xatırladaq ki, bu, Tatyana Smilovenkonun Azərbaycan milli komandası adından qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş U-23 Avropa çempionatında 3-cü yeri tutub.