İqtisadiyyat

Azərbaycan alüminium ixracını artırıb

Metbuat.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 141 milyon 517,33 min ABŞ dolları dəyərində 40 min 435,29 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2025-ci ilin eyni dövrünə olan göstərici ilə müqayisədə ixrac edilən məhsulların dəyəri 40 milyon 529,73 min dollar (40 %), həcmi 5 min 210,45 ton (14,7 %) artıb.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 2,5 %, ölkənin ümumi ixracında payı isə 0,8 % olub.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.