“Arsenal”dan tarixi transfer -
Vinisius tapmacası çözülür
“Arsenal” "Real Madrid"in futbolçusu Vinisius Junioru transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, London klubu braziliyalı ulduz üçün təklif verməyi nəzərdən keçirir. İngiltərə mətbuatının məlumatına görə, “Real Madrid” “Leypsiq”in 19 yaşlı futbolçusu Yan Diomande transferini yekunlaşdırmaq üzrədir. Bu vəziyyət Vinisiusun gələcəyi ilə bağlı sualları artırıb. Bildirilir ki, 26 yaşlı hücumçunun Madrid klubu ilə müqaviləsinin müddəti yaxınlaşır və tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqların dayandığı bildirilir. Məlumata görə, Vinisius hazırda həftəlik 400 min funt sterlinq qazanır. Onun yeni müqavilə üçün isə bu məbləğin 470 min funt sterlinqə çatmasını istədiyi qeyd olunur.
“Arsenal”ın braziliyalı futbolçuya böyük maaş təklif etməyə və klub tarixinin ən yüksək transfer məbləğlərindən birini ödəməyə hazır olduğu iddia edilir.