Hadisə

Ağstafada gənc oğlan bıçaqlandı

Metbuat.az

Ağstafa sakini ürəyindən bıçaqlanıb.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma başlanılıb.