İdman

Adı "Qalatasaray"la hallanan hücumçu seçimini etdi

Metbuat.az

"Monako" transfer pəncərəsində adı "Qalatasaray"la hallanan fransız hücumçu Mattis Ablini heyətinə qatmağa yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın mediası məlumat yayıb. Mənbənin iddiasına görə, "Monako" ilə "Nant" klubları transferin əsas şərtləri üzrə demək olar ki, razılıq əldə ediblər. Transferin təxminən 30 milyon avroya başa gələcəyi bildirilir. Bu transfer reallaşacağı təqdirdə, Ablin "Nant" tarixinin ən bahalı futbolçu satışı olacaq.

Qeyd edək ki, 23 yaşlı Mattis Ablin ötən mövsüm "Nant"ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.