Hadisə

Abşeronda partlayış oldu, sakinlər təxliyə edildi -

YENİLƏNİB

Metbuat.az

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

00:49

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark Yaşayış Kompleksində partlayış baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisədən dərhal sonra əraziyə aidiyyəti qurumların briqadaları cəlb olunub.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir. Partlayışın səbəbi, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.