Hadisə

​Xanımını, qayınatasını, qayınanasını və baldızını öldurdü -

FOTO

Metbuat.az

Türkiyədə qandonduran cinayət hadisəsi baş verib. Dörd nəfərin ölümü ilə nəticələnən qanlı olay Hakkari vilayətinin Şemdinli rayonunda qeydə alınıb.

Metbuat.az "Sözcü" qəzetinə istinadla xəbər verir ki, cinayəti İstanbulda xidmət edən çavuş Musa Gezer törədib. İcazə alıb ailəsinə baş çəkməyə gələn hərbçi xanımının valideynləri ilə mübahisə edib. Tərəflər əlbəyaxa olanda Musa Gezer xidməti tapançası ilə xanımı Gülşen Gezeri, qayınatası Gürkan Demiri, qayınanası Habiba Demiri və baldızı Deniz Demiri qətlə yetirib. Sonra isə intihara cəhd edib.

Türkiyə mediası Musa Gezerin səhhətinin kritik olduğunu yazıb.

Faktla bağlı cinayət işi basladılıb. Araşdırma aparılır.