Hadisə
Şəmkirdə evdən meyit tapıldı
Şəmkir rayonunda evdən meyit tapılıb.
Metbuat.az Qafqazinfoya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Rahim Məcidovun yaşadığı evdə meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Şəmkir rayon Prokuroluğunda araşdırma başlanılıb.