Hadisə
Ruslan Eyyubov həbsdən azad edildi
Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb.
Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb.
Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov barəsindəki ibtidai istintaq başa çatıb. Ona yekun ittiham elan edilib.