Hadisə

Paytaxtda restoranda qadın qəfil vəfat etdi

Metbuat.az

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 20-si saat 22 radələrində 1958-ci il təvəllüdlü paytaxt sakini Qızxanım Hüseynova Atatürk prospekti 69-da yerləşən “Lido” restoranında qəfil vəfat edib.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Araşdırma aparılır.