Hadisə

Maşınla 20-dən çox qoyunu vurub öldürdü -

VİDEO

Metbuat.az

Ucar rayonunda "Mercedes" 20-dən çox qoyunu vurub öldürüb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, baş verən yol qəzasında xeyli sayda heyvan tələf olub. Hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun Ucar rayonu Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax istiqamətində hərəkət etməkdə olan "Mercedes Vito" markalı avtomobil 20-dən artıq qoyunu vuraraq öldürüb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Davud Tarverdiyev / Metbuat.az