Hadisə
Maşını geriyə sürərkən 59 yaşlı kişini vurdu
Göyçay sakini avtomobilini geriyə sürdü və 59 yaşlı kişini vurdu.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ucar rayonunda avtomobil piyadanı vuraraq ona xəsarət yetirib. Hadisə Müsüslü kəndi ərazisində qeydə alınıb.
Belə ki, Göyçay rayonu Alpout kənd sakini, 54 yaşlı Qasımov Mirsaab Qasım oğlu idarə etdiyi "Mersedes-Vito" markalı avtomobili arxaya sürərkən rayonun Təzə Şilyan kənd sakini, 59 yaşlı piyada, Məmmədov Əbülfət Ağəli oğlunu vurub. Zərərçəkən müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev / Metbuat.az