Hadisə
Kürdəmirdə meyit tapıldı
Kürdəmirdə evin həyətində meyit tapılıb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.
Kənd sakini, 1949-cu il təvəllüdlü Orucalı Oruc oğlu Abdurahmanovun meyiti yaşadığı evin həyətində aşkar edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.