Hadisə

Kürdəmirdə iki maşın aşdı:

Xəsarət alanlar var

Metbuat.az

Kürdəmirdə iki yol qəzası olub, xəsarət alanlar var.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, Atakişli kənd sakini, 2003-cü il təvəllüdlü Əsgərov Eynulla Sabir oğlunun idarə etdiyi "Ravon" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Həmçinin rayonun Sovka kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Toğrul Əskər oğlunun idarə etdiyi "Vaz- 21015" markalı avtomobil aşıb.

Nəticədə, hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Hər iki faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev / Metbuat.az