Deputat sosial şəbəkələrdə bu şəxslərə diplom tələbini tələb etdi
"Sosial şəbəkələrdə tibb, hüquq, maliyyə və ya təhsil sahəsində çıxış edənlərin rəsmi diplomu və ya lisenziyası olmalıdır".
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Kamal Cəfərov parlamentin ötəngünkü iclasında deyib.
Deputat fikirlərini belə əsaslandırıb ki, əsası olmayan çıxışlar fiziki və psixoloji sağlamlığa ciddi zərər vuran, geridönüşü olmayan hüquqi nəticələrə gətirib çıxarır. Sosioloq Üzeyir Şəfiyev də millət vəkilinin fikirlərini dəstəkləyir. Onun sözlərinə görə, sosial şəbəkələrdə özünü mütəxəssis kimi təqdim edib insanlara tövsiyə verənlərin bir çoxu peşəkar deyil.
Həm millət vəkilləri, həm də sosioloqlar hesab edirlər ki, sosial şəbəkələrdə məzmun yaradılması qaydalarının sərtləşdirilməsinə ehtiyac var. Yalnız bu yolla saxta ekspertlərdən qurtulmaq mümkündür.